Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOB Fest sərgi-satış yarmarkası bu dəfə Qubada 18.06.22
KOB Fest sərgi-satış yarmarkası bu dəfə Qubada

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti KOB Fest sərgi-satış yarmarkası iyunun 18-də Quba rayonunda keçirilib.

Rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri sərgilənir. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub. 

Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Quba rayonunda keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca altıncıdır və saat 20.00-dək davam edəcəkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil edilib. Bu yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər. Növbəti “KOB Fest”in iyul ayında Şəki şəhərində keçirilməsi planlaşdırılır.

Powered by Froala Editor