Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Şuşada 10.09.25
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Şuşada

KOBİA Şuşa şəhərində və ətraf bölgələrdə yaşayan sakinləri, Qarabağı ziyarət edən qonaqları “KOB FEST” sərgi-satış yarmarkasına dəvət edir.

Sentyabrın 20-21-də Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada Şuşa şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri və sənətkarlar iştirak edə bilərlər. 

“KOB FEST”də məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlar 16 sentyabr, saat 18.00-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi bölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.

Yerli KOB-ların və sənətkarların məhsulları ilə tanış olmaq, mədəni-əyləncəli proqramdan zövq almaq üçün Şuşa şəhərinin və ətraf bölgələrin sakinlərini, eləcə də Qarabağı ziyarət edən qonaqları “KOB FEST”də gözləyirik. 

Powered by Froala Editor