Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərir 04.09.20
KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.

KOBİA-nın Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılması üçün biznesə başlamaqda maraqlı olan şəxslər müxtəlif təlimlərə cəlb olunur, onların potensialına uyğun müvafiq fəaliyyət sahəsi seçilir, fərdi sahibkarlıq subyektinin və ya məhdud məsuliyyətli cəmiyyətin (MMC) təsis olunması üçün sənədləşdirmə, qeydiyyat, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə dəstək göstərilir. 2020-ci ilin fevral ayında fəaliyyətə başlamış Xaçmaz KOB İnkişaf Mərkəzinin dəstəyi ilə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda 4 fərdi sahibkarlıq subyekti və 5 MMC yaradılıb.

Yeni yaradılmış sahibkarlıq subyektləri xidmət, ticarət, tədris, kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün tara istehsalı, məişət texnikasının onlayn satışı, süd məhsullarının sifarişlə çatdırılması, pomidor istehsalı və ixracı, gömrük təmsilçiliyi sahələrində fəaliyyət göstərirlər.

Qeyd edək ki, KOB İnkişaf Mərkəzləri sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə yanaşı, biznesə başlamaq istəyənlərə, mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişaf etdirilməsi üçün təlim və məsləhət xidmətləri təqdim edir, məlumatlandırma, əlaqələndirmə, maliyyə resurslarına çıxış və s. kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir.

Powered by Froala Editor