Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOB inkişaf mərkəzləri 1200-ə yaxın sahibkar üçün təlim və məsləhət xidmətləri təşkil edib 14.01.21
KOB inkişaf mərkəzləri 1200-ə yaxın sahibkar üçün təlim və məsləhət xidmətləri təşkil edib

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) bilik və bacarıqlarının atrırılması, innovasiyalara çıxışının genişləndirilməsi məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb.

Ötən il bu mərkəzlər tərəfindən müxtəlif mövzularda 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB inkişaf mərkəzlərində ödənişsiz olaraq KOB subyektləri, startaplar və biznesə başlamaq istəyənlərin biznesyönümlü bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil olunur, məsləhət xidmətləri göstərilir, təcrübə proqramlarında iştiraka, biznes ideyaların maliyyə resurslarına yönləndirilməsinə dəstək təmin olunur.

Həmçinin, 2020-ci il ərzində KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq sahibkarlara 150-yə yaxın biznes planının hazırlanmasında dəstək göstərilib.

KOB inkişaf mərkəzlərinin dəstəyi ilə ötən il 10 yeni KOB subyekti yaradılıb ki, bunun 4-ü fərdi sahibkar, 6-sı isə MMC-dir. Yeni yaradılmış sahibkarlıq subyektləri Quba-Xaçmaz iqtisadi rayonu və Sumqayıt şəhərlərində kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərirlər. KOB inkişaf mərkəzləri tərəfindən bu KOB-lara dəstək tədbirləri hazırda da davam etdirilir. Eyni zamanda, KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən yararlanmış qadın sahibkarlara beynəlxalq layihə çərçivəsində qrant ayrılmasına dəstək göstərilib, mərkəzlərin xidmətlərindən istifadə etmiş 50-dən çox vətəndaş özünüməşğulluq proqramı ilə əlaqələndirilərək müvafiq aktivlərlə təmin olunub.

2020-ci ildə beynəlxalq təcrübənin öyrənilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə 29 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan yararlanıb. KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu proqram çərçivəsində 2021-ci ildə də Azərbaycan sahibkar və menecerlərinin beynəlxalq təcrübəni öyrənməsi və işgüzar əlaqələrini inkişaf etdirməsi üçün tədbirlər davam etdiriləcək.

Yaxın aylarda həmçinin, KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün video təlim platfoması istifadəyə veriləcək. Bu platformada KOB subyektlərinin ehtiyaclarına uyğun istiqamətlər üzrə təlim videoları, tədris materialları və özünüqiymətləndirmə testləri yerləşdiriləcəkdir.

Powered by Froala Editor