Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
“KOB könüllüləri” “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu”nda 06.12.21
“KOB könüllüləri” “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu”nda

Dekabrın 5-də Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu” keçirilib. 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvünün iştirak etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” də iştirak ediblər.


Forumdan əvvəl könüllülər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Şəhidlər Xiyabanını da ziyarət edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad ediblər.


Bakı Konqres Mərkəzində keçirilmiş Forum çərçivəsində çıxışlar edilib, könüllü təşkilatlarının sərgisi keçirilib. “KOB könüllüləri”nin də müvafiq stendlə təmsil olunduğu sərgi çərçivəsində könüllülər üçün əyləncəli və intellektual oyunlar keçirilib, könüllülərin təşəbbüsü ilə kiçik fleşmoblar təşkil olunub.

Forum çərçivəsində həmçinin, 5 nominasiya üzrə könüllülük fəaliyyəti üzrə fərqlənmiş gənclər təltif edilib.

Powered by Froala Editor