Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir 24.07.26
“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir

Cari ilin I yarısında proqrama 725 gənc müraciət edib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə könüllü fəaliyyətinin inkişafına, gənclərin əmək fəaliyyətinə başlayana qədər praktiki bilik və bacarıqlarının inkişafına dəstək olmaqda davam edir. Bu məqsədlə KOBİA-da həyata keçirilən “KOB könüllüləri” proqramına maraq böyükdür. 

2026-cı ilin yanvar-iyun aylarında proqrama qoşulmaq üçün Agentliyə 725 müraciət daxil olub. Agentliyin könüllü ehtiyacına və növbəlilik prinsipinə uyğun olaraq artıq 66 gənc KOBİA-da könüllü proqramına cəlb olunub. Onlar əsasən Agentlikdə, eləcə də Bakı, Gəncə, Yevlax və Xaçmaz KOB evlərində könüllü fəaliyyətinə cəlb olunublar. Digər müraciətlər isə il ərzində Agentliyin könüllü ehtiyacı çərçivəsində dəyərləndiriləcəkdir.

Qeyd edək ki, 2018-ci ildən həyata keçirilən “KOB könüllüləri” proqramı çərçivəsində gənclər real tapşırıqların və layihələrin icrasında, tədbirlərin təşkili və sahibkarlara göstərilən xidmət prosesində iştirak etməklə praktik bacarıqlar əldə edir, ilkin əmək vərdişlərinə yiyələnirlər. Könüllülük müddətində gənclər müxtəlif istiqamətlər üzrə praktiki təcrübə qazanmaqla yanaşı, sahibkarlığın inkişafına yönəlmiş layihələrin və tədbirlərin həyata keçirilməsində iştirak edir, biznesə dəstək mexanizmləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bugünədək proqrama 909 nəfər qoşulub. Onlar əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Sumqayıt və Mingəçevir dövlət universitetləri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali təhsil müəssisələrinin tələbə və məzunlarıdır. “KOB könüllüləri” proqram hər biri 3 ay olmaqla iki mərhələdən ibarətdir. Könüllü fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikatlar verilir. “KOB könüllüləri” Proqramına qoşulmaq istəyən tələbə və magistrlar (idarəetmə, biznes və menecment ixtisaslarına üstünlük verilir) https://smb.gov.az/az/volunteer keçidi vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. 

Powered by Froala Editor