Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində 17.10.24
KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində

“Rebuild Karabakh” sərgisində dövlət dəstəyi hesabına KOB-lar üçün ayrılmış xüsusi stenddə 9 sahibkarlıq subyektinin məhsul və xidmətləri təqdim olunur. 

Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisi (“Rebuild Karabakh”) keçirilir. 

Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub. Stenddə 9 KOB subyektinin sənaye məhsulları, inşaat, tikinti materialları, istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.

Həmçinin, KOBİA-nın stendində Qarabağda biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir. 

Bu ilki sərgidə KOBİA-nın və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən "Qarabağ KOB-ları" proqramına da ayrıca yer verilib. Proqram şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunması məqsədi daşıyır.

Qeyd edək ki, “Rebuild Karabakh” Sərgisi oktyabrın 17-də başa çatacaqdır.

Powered by Froala Editor