Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” layihəsi çərçivəsində “Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal” (RSDTİ) fəaliyyəti üzrə pilot şirkət olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiq edilməsində iştirak etmək istəyən kiçik və orta istehsal müəssisələri maraqlarını ifadə etməyə dəvət edilir.
RSDTİ metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə ən azı 15 yerli (emal) KOB seçiləcək və onlara 2021-2022-ci illər ərzində müəssisələrini “yaşıllaşdırmaq” və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcək. Seçilən şirkətlər üçün təkmilləşdirici tədbirlərin məqsədi enerji, xammal və materiallardan istifadə, suyun səmərəliliyi və tullantıların idarə olunması sahələrinə yönəldiləcək.
İştirak edən KOB-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaqdır:
- İstehsal prosesində istifadə edilən resursların təkmilləşdirilməsi;
- Resurslara/xərclərə qənaət imkanının müəyyənləşdirilməsi;
- Uzunmüddətli resurs səmərəliliyi və daha təmiz istehsalın tətbiqi məqsədilə potensialın artırılması;
- Tullantıların yaranmasını, emissiyaların və/və ya çirkab suların azaldılması yolu ilə ətraf mühitə dair idarəetmə sisteminin və uyğunluq səviyyəsinin yaxşılaşdırılması;
- Təmiz istehsal və yaşıl iqtisadiyyatla əlaqəli maliyyə resurslarına çıxış imkanlarının əldə edilməsi.
Müəssisə daxili RSDTİ qiymətləndirmələri pilot şirkətlərdə resurslardan istifadəni optimallaşdırmaq üçün RSDTİ metodologiyasına əsaslanan sistemli təhlilə müvafiq şəkildə həyata keçiriləcək. Buraya məlumatların təhlilinin və səmərəsizliyin, mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsinin aparılması və pilot müəssisələrin səmərəliliyini artırmaq üçün dəstəyin göstərilməsi daxildir. Eyni zamanda buraya şirkətlərin işçiləri üçün təlim fəaliyyətləri, qiymətləndirmə nəticələri və müəyyən edilmiş tədbirlər barədə texniki hesabatın təqdim edilməsi və pilot şirkətlərdə həyata keçirilən tədbirlərin monitorinqi aiddir.
Beləliklə, Azərbaycanda seçilmiş pilot şirkətlərin RSDTİ-nin həyata keçirilmə fəaliyyətlərinin bütün mərhələlərində töhfə verəcəkləri gözlənilir. Bu layihədə həmçinin, RSDTİ üzrə təlim proqramı da nəzərdə tutulur.
TƏLƏBLƏR:
RSDTİ metodologiyasının tətbiqində iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər:
- Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmiş olmalı və fəaliyyət göstərməlidir;
- Kiçik və orta sahibkarlıq subyekti (KOB) olmalıdır;
- Emal sənayesi və ya onun bir sahəsi ilə məşğul olmalıdır.
Bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” Proqramı çərçivəsində UNIDO-nun milli komandası tərəfindən həyata keçirilir. Komandanın heyəti Milli koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə milli icraçı tərəfdaşı olan “ACE Group Consultants” tərəfindən rəhbərlik edilən konsorsiumdan ibarətdir. Milli heyət pilot şirkətlərin müraciətlərinə baxaraq seçim, müsahibə və onlar ilə müqavilə bağlanması işlərini həyata keçirəcəkdir.
MÜRACİƏT QAYDALARI: elana əlavə edilmiş ərizə forması və maraqların ifadə edilməsi məktubu doldurularaq imzalanmalı və VÖEN ilə birlikdə Nicat Babayevə göndərin:
Tel: (+994 12) 488 68 32 Tel/Fax: (+994 12) 488 67 91 |
Mobile (office): (+994 50) 407 22 76 |
Müsahibəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcəkdir.
MÜRACİƏTİN SON TARİX: 12 iyul 2021-ci il.
RESURS SƏMƏRƏLİLİYİ VƏ TƏMİZ İSTEHSALIN NÜMAYİŞ ETDİRİLMƏSİ ÜZRƏ
ƏRİZƏ FORMASI VƏ MARAQLARIN İFADƏ EDİLMƏSİ HAQQINDA MƏKTUB
1. | Şirkətin Adı |
|
2. | VÖEN-i |
|
3. | Ünvanı (qiymətləndiriləcək istehsal sahəsi) |
|
4. | Sektor |
|
5. | Əlaqə şəxs / vəzifə |
|
6. | Veb-səhifə/email ünvanı/telefon nömrəsi |
|
7. | İşçilərinin sayı |
|
8. | Məhsulları |
|
9. | Bazarları (ölkədaxili və ya ixrac) |
|
Şirkətimiz “(ŞİRKƏTİN ADI)” bununla “EU4Environment” layihəsi vasitəsilə RSDTİ metodologiyasının Azərbaycanda nümayiş etdirilməsində iştirak etməkdə marağı olduğunu təsdiqləyir. Bu səbəbdən, layihə heyəti ilə görüşmək və layihədə namizəd kimi iştirak etmək üçün ilkin təhlilin aparılmasında maraqlıyıq.
Tarix___________________
İmza və möhür: ___________________
Şirkətin nümayəndəsi: ___________________
Vəzifəsi: ____________________________
Powered by Froala Editor