Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb 16.03.23
KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb

KOB-ların onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibkarlığının inkişafı, tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edən 13 layihəsinin maliyyələşdirilməsinə 260 min manata yaxın vəsait ayrılacaq.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.

Layihələr müxtəlif sahələr üzrə onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edir. Qalib layihələrin hər biri maksimum 20 min manat həcmində maliyyələşdiriləcəkdir. 

Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.  

Üçüncü qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 234 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 260 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci və ikinci qrant müsabiqələrində isə 26 KOB subyektinin layihəsi təqribən 500 min manat məbləğində maliyyələşdirilib. 

Orxan Məmmədov qeyd edib ki, Agentlik maliyyələşdirilmiş layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunur. Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. 

Tədbir çərçivəsində həmçinin, ikinci qrant müsabiqəsi çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub. 

Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 3-cü qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2022-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2022-ci il - 10 fevral 2023-cü tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Powered by Froala Editor