Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib
KOB-ların uçot və hesabatlığının sadələşdirilməsi və təkmilləşdirilməsi imkanları müzakirə edilib 16.09.21
KOB-ların uçot və hesabatlığının sadələşdirilməsi və təkmilləşdirilməsi imkanları müzakirə edilib

Hesabatlarında uyğunsuzluq aşkar edilən vergi ödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarlardır. KOBİA və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində aparılan təhlillər göstərir ki, vergi ödəyiciləri, xüsusilə də xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarların gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi və s. nəticəsində kameral qaydada vergilər hesablanır və bu vergi ödəyicilərinin narazılığına səbəb olur. Bu, həmin kateqoriyadan olan sahibkarların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir. 


Bu barədə Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Qeyd olunub ki, bu hal KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyindən qaynaqlanır. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda uçot və hesabat formaları daha da sadələşdirilməlidir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən və KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən vergi inzibatçılığı, həmçinin maliyyə və qeyri-maliyyə, vergi hesabatlarının hazırlanması, uçot qaydaları istiqamətində mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstərilir. 2021-ci ilin ötən dövründə KOB inkişaf mərkəzləri tərəfindən qeyd olunan mövzularda 800-ə yaxın biznesə başlamaq istəyən şəxsin və sahibkarın faydalandığı 40-a yaxın təlim təşkil olunub. 


O da bildirilib ki, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və Dövlət Vergi Xidməti birgə layihəyə start verib. Layihə çərçivəsində nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB inkişaf mərkəzlərinin təlimlərinə cəlb olunacaqdır. Həmçinin, Agentlik KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsinə dair təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazırdır.

Powered by Froala Editor