Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOB subyektləri inkişaf edir 14.08.25
KOB subyektləri inkişaf edir

Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq KOB-ların böyüməsi və dövriyyəsinin artması onların yaradılan imkanlardan səmərəli istifadə edərək davamlı inkişaf etməsini və iqtisadiyyatda payının yüksəlməsini göstərir.

Sahibkarlığın inkişafı sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək tədbirləri və təşviqlər öz müsbət nəticəsini verir. 2024-cü ildə əvvəlki illə müqayisədə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı çoxalıb. 

Belə ki, 2023-cü illə müqayisədə ötən il sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı 14%-ə yaxın artıb. KOB subyektlərinin dövriyyəsi isə əvvəlki illə müqayisədə 2024-cü ildə 10%-ə yaxın artaraq 48 mlrd. manatdan çox olub. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.

Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır. 

Powered by Froala Editor