Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA ABŞ - Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib 17.08.22
KOBİA ABŞ - Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ABŞ - Azərbaycan Ticarət Palatasına (USACC) üzv olub. 

Bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, eləcə də Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, birgə tədbirlərin və layihələrin icrasına xidmət edəcəkdir.

Qeyd edək ki, KOBİA və USACC 2019-cu ildən əməkdaşlıq edir. Bu müddət ərzində KOBİA və USACC-ın birgə təşkilatçılığı ilə Azərbaycan KOB-ları üçün bir sıra tədbirlər və təlimlər təşkil edilib.

Məlumat üçün bildirək ki, KOBİA KOB-lara dəstək və xidmət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi, KOB-ların şəbəkələşməsinin dəstəklənməsi, birgə təşəbbüslərin reallaşdırılması üçün bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaqdır.



Powered by Froala Editor