Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA beynəlxalq forumda təmsil olunub 12.06.21
KOBİA beynəlxalq forumda təmsil olunub

ABŞ və Xəzər regionu arasında enerji, dayanıqlı inkişaf və sahibkarlıq məsələlərinin müzakirə olunduğu 5-ci İllik Transxəzər Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. 


Forum çərçivəsində təşkil olunmuş "İnnovasiya və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi" mövzusunda paneldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Agentliyin dəstək və xidmətləri, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB-ların rəqəmsallaşdırılması və elektron ticarət, eləcə də forumda iştirak edən ölkələrlə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.


Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxlərinin, ekspertlərin iştirakı ilə keçirilmiş paneldə post-COVID dövründə innovasiya və sahibkarlıq sahəsində müzakirələr aparılıb.

Powered by Froala Editor