Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı?
KOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq 12.09.19
KOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq

Sentyabrın 12-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq KOBİA əməkdaşları üçün məlumatlandırma tədbiri keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 14 işçi qrupunda təmsil olunacaq KOBİA nümayəndələrinə ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın və işçi qruplarının fəaliyyəti, eləcə də “azranking.az” portalı barədə məlumat verilib. Qeyd olunub ki, işçi qruplarının səmərəli fəaliyyəti, onlar tərəfindən irəli sürüləcək təklif və təşəbbüslər ölkədə sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Tədbirdə işçi qruplara cəlb edilmiş Agentlik əməkdaşlarının təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Powered by Froala Editor