Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub
KOBİA “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərini dəstəkləyir 04.06.21
KOBİA “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərini dəstəkləyir

10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri keçiriləcək. 

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiləri dəstəkləyən qurumlar sırasındadır. 

 

Sərgilərin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətinin sərgilərlə bağlı ətraflı məlumatını təqdim edirik: 

 

14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Təmsil olunan sənaye sahələrinin peşəkarları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün iki illik fasilədən sonra ilk dəfə yenidən bir araya gələcəklər.

 

Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.

 

Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Qeyd etmək lazımdır ki, açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artmışdır. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.   

 

Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək.

 

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

 

Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin, sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.

 

Beləliklə, “Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edəcək:


  • Kənd təsərrüfatı texnikası
  • Heyvandarlıq və quşçuluq
  • Yemlər
  • Baytarlıq
  • Bitkiçilik
  • Gübrələr 
  • Meyvə və tərəvəzlərin yetişdirilməsi
  • İstixana
  • Elektron kənd təsərrüfatı
  • Kənd təsərrüfatında innovasiya texnologiyaları
  • Laboratoriya avadanlığı

InterFood Azerbaijan 2021” sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: 

  • InterFood (qida sənayesi)
  • InterDrink (içkilər)
  • InterFoodTech (texnologiyalar)
  • HalalFood


Beləliklə, “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və s.), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim ediləcək.


Bu il sərgilər üçün (“COVID” əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və onları sənayedəki tendensiyalar, yeniliklər və beynəlxalq təcrübə ilə tanış edirlər.

11 iyun tarixində “Apatit” SC-nin “PhosAgro” şirkətlər qrupu tərəfindən “PhosAgro innovativ məhsulları. Kənd təsərrüfatı bitkilərindən zəmanətli məhsul əldə etmək üçün bir dənəcikdə kompleks gübrələr” mövzusunda seminarın keçirilməsi planlaşdırılır.


İşgüzar proqramın əsas hadisəsi isə sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribütorlar arasında keçiriləcək.


Sərgi 3 gün ərzində sənaye sahəsinin peşəkarları üçün açıq olacaq. Diqqət! mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında mümkündür. Yanınızda tibbi maska olmalıdır. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış ola bilərsiniz. 


Təşkilatçılar sərgidə iştirakı “hands-free” etmək və məlumat mübadiləsini sürətləndirmək üçün 2 yeni xidmət növünü tətbiq edirlər. Belə ki, sərgi iştirakçılarının döş nişanında (“badge”) və stenddə iştirakçı şirkətin promo materiallarına keçidi təmin edən QR kodu var. Bu QR kodunu mobil tətbiq vasitəsi ilə skan etdikdən sonra həmin promo materialları (elektron formatda) birbaşa öz elektron poçtunuza qəbul edə bilərsiniz. Diqqət! Bu xidmətdən istifadə etmək üçün siz mobil tətbiqi yükləməlisiniz. Həmçinin, ziyarətçinin döş nişanında (“badge”) onun əlaqə məlumatlarını ehtiva edən QR kodu var. Sərgidə iştirakçılar ilə əlaqə məlumatlarının mübadiləsini aparmaq üçün döş nişanındakı (“badge”) QR kodunu telefonun kamerası vasitəsi ilə skan etməyi təklif etmək kifayətdir. QR kodunu skan etmək üçün lazım olan mobil tətbiqini haradan yükləmək lazım olduğu barədə ətraflı məlumatı sərgilərin veb-saytlarında, eləcə də Bakı Ekspo Mərkəzindəki qeydiyyat masasından öyrənmək mümkündür. 


Caspian Agro” sərgisinin sponsoru qismində sərginin daimi iştirakçısı olan “Grand Motors” şirkətinin “Gubre.az” markası çıxış edir. Sərgilərin rəsmi içkisi qismində “İpek Su”, qəhvə tərəfdaşı qismində isə “Espresso Mobil” şirkətləri çıxış edirlər.

 

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər həmçinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. 


Sərgilər haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnamələri rəsmi saytlarda əldə edə bilərsiniz: www.caspianagro.az və www.interfood.az.

Powered by Froala Editor