Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA COMCEC-in 37-ci sessiyasında COVID-19-un yerli KOB-lara təsirinin minimallaşdırılması üçün görülmüş tədbirlər barədə məlumat verdi 24.11.21
KOBİA COMCEC-in 37-ci sessiyasında COVID-19-un yerli KOB-lara təsirinin minimallaşdırılması üçün görülmüş tədbirlər barədə məlumat verdi

İstanbulda İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 37-ci sessiyası çərçivəsində təşkil olunmuş “Mikro, kiçik və orta biznesin COVID-19 pandemiyasının təsirlərinə qarşı dəstəklənməsində İslam maliyyəsinin rolu” mövzusunda panel iclas keçirilib. 


Paneldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiya dövründə Azərbaycan hökumətinin KOB-lara dəstək tədbirləri, post-COVID dövründə prioritet sahələr, eləcə də işğaldan azad olunmuş ərazilərin investisiya imkanları barədə məlumat verib. Qeyd edilib ki, COVID-19 pandemiyası bütün dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə, xüsusilə mikro, kiçik və orta biznesə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan hökuməti bir sıra dəstək proqramları qəbul edib. Biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən bu tədbirlərdə KOB sektorunun dəstəklənməsi prioritet olub. KOB-ların dəstəklənməsi üçün alternativ maliyyələşdirmə üsullarının tətbiqi, eləcə də KOB İnkişaf Fondunun yaradılması istiqamətində tədbirlər davam etdirilir. 

Powered by Froala Editor