Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
KOBİA-da özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlim keçirilir 06.05.19
KOBİA-da özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlim keçirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə özünüməşğulluğa dəstək göstərəcək.

Bu dəstək 3 istiqamətdə olmaqla Agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçiriləcək. Bu istiqamətlərdən biri özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin təşkil olunmasıdır.

Mayın 6-da KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərə başlanılıb. KOBİA-nın inzibati binasında keçirilən təlimlər 1 ay davam edəcək. Təlimlərdə özünüməşğulluq proqramına cəlb olunmuş 15 nəfər iştirak edir. Onlara təlim çərçivəsində özünüməşğulluq proqramı, xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunacaq. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

Bakı ilə yanaşı, Gəncə və Yevlax şəhərlərində, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində də özünüməşğulluq proqramına qoşularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan şəxslər üçün təlimlər keçirilir. Ümumilikdə bu təlimlərdə 94 nəfər iştirak edir.

Məlumat üçün qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, artıq Agentliyin KOB dostlarına da müraciət edə bilərlər. KOB dostları tərəfindən müraciət edən şəxslərə özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.

KOBİA-nın özünüməşğulluğa göstərəcəyi dəstəyin digər istiqaməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri aktivlərlə (mal, material, avadanlıq və digər əmlak) təmin olunmuş şəxslərə mikro və kiçik biznes subyektinə çevrilmələri üçün KOB dostları vasitəsilə məsləhət və digər zəruri xidmətlərin göstərilməsi ilə bağlı olacaqdır.

Powered by Froala Editor