Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
KOBİA-da sahibkarların müraciətləri dinlənilib 13.07.26
KOBİA-da sahibkarların müraciətləri dinlənilib

Qəbul zamanı sahibkarların biznes fəaliyyəti və qarşılaşdıqları məsələlərə dair sualları cavablandırılıb. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların biznes fəaliyyətinin inkişafı, o cümlədən satışa, bağçılığın və aqroturizmin inkişafına dəstək, xarici bazarlara çıxış, eləcə də digər məsələlərə dair müraciətlərini dinləyib, suallarını cavablandırıb. Qəbulda həmçinin sahibkarlara dövlət dəstəyi mexanizmləri və onlardan səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verilib. 

KOBİA tərəfindən sahibkarların müraciətlərinin operativ şəkildə araşdırılması, biznes təşəbbüslərinin dəstəklənməsi və qarşılaşdıqları məsələlərin həllinə dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Sahibkarlar www.smb.gov.az internet səhifəsinin “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.

Powered by Froala Editor