Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA-da YAP-ın ərazi partiya təşkilatı yaradıldı 14.04.22
KOBİA-da YAP-ın ərazi partiya təşkilatı yaradıldı

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ərazi partiya təşkilatı təsis edilib. 

Aprelin 14-də KOBİA-da keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının və KOBİA-nın YAP-a üzv olan əməkdaşları iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu, 30%-ə yaxın KOBİA əməkdaşının isə YAP-ın üzvü olduğunu qeyd edib, ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. Bildirilib ki, Agentlik ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak edəcək, birgə tədbirlər həyata keçiriləcəkdir. 

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 800 minə yaxın üzvü olan partiyanın bu il 30 illiyinin qeyd ediləcəyini vurğulayıb. Qeyd olunub ki, gənclər YAP-ın yarandığı ilk gündən onun qurucusu, Ulu Öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 110-dan çox ərazi partiya təşkilatı var və KOBİA-da yaradılmış ərazi partiya təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

İclasda KOBİA-nın İdarə Heyətinin sədrinin müşaviri Emil Hüseynli ərazi partiya təşkilatının sədri, Agentliyin baş auditoru Asif Həsənov isə sədr müavini seçilib, birgə fəaliyyət istiqamətləri müzakirə olunub. 

Powered by Froala Editor