Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib
KOBİA ilə Bakı Ali Neft Məktəbi Anlaşma Memorandumu imzaladı 17.05.19
KOBİA ilə Bakı Ali Neft Məktəbi Anlaşma Memorandumu imzaladı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində Agentliyin və Ali Məktəbin nümayəndələri, təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik və BANM arasında Anlaşma Memorandumunun imzalanmasından məmnunluğunu bildirib, BANM tələbələrinin startup layihəsi ilə tanış olduğunu, gələcəkdə onların orta və kiçik sahibkarlıq vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində işlərin görüləcəyini və Agentliyin peşəkar mütəxəssislərinin tələbələrə master klasslar keçirəcəyini qeyd edib.

BANM-in rektoru Elmar Qasımov imzalanmış Anlaşma Memorandumunun ali təhsil müəssisəsi və özəl sektor arasında əməkdaşlığın daha bir nümunəsi olduğunu və istər tələbələrin, istərsə də BANM-də çalışan akademik heyətin innovativ ideyalarının Agentlik tərəfindən dəstəklənməsinə şərait yaradacağını qeyd edib.

Anlaşma Memorandumu bir sıra çoxsaylı istiqamətlərlə yanaşı, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə və ixtiraçıların fəallığının artırılmasına dəstək olacaq. Eyni zamanda imzalanmış Memorandum BANM-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzləri ilə sahibkarlıq sahəsində tələb olunan statistika və təhlillərin aparılması istiqamətində Agentlik və BANM arasında əməkdaşlığın qurulmasına, həmçinin müvafiq istiqamətlərdə müştərək layihələrin icrasına töhfə verəcək.

Powered by Froala Editor