Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA ilə İteca Caspian və CEO şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb 06.12.18
KOBİA ilə İteca Caspian və CEO şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İteca Caspian və CEO şirkətləri arasında kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Trend-in məlumatına görə, mərasim 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (“Bakutel 2018”) çərçivəsində baş tutub.

Memorandumu KOBİA tərəfindən İdarə Heyətinin sədri Orxan Məmmədov, İteca Caspian və CEO tərəfindən isə Fərid Məmmədov imzalayıb.

Anlaşma Memorandumunda tərəflər arasında əməkdaşlığın istiqamətləri və formaları öz əksini tapıb.

Sənədə əsasən, tərəflər yerli kiçik və orta biznes subyektlərinin xarici və yerli konfrans və sərgilərdə iştirakının təmin edilməsi, mikro, kiçik və orta sahibkarlarla ölkədə fəaliyyət göstərən iri sahibkarlar arasında əməkdaşlığın təşviq edilməsi, yerli istehsal olunmuş məhsulların xarici bazarlarda tanıdılması, yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlandırılması, yerli sahibkarlar üçün satışa dəstək mexanizmlərinin təkmilləşdirilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, eləcə də müştərək layihələrin icra edilməsi məqsədilə tədbirlər həyata keçirəcəklər.


Powered by Froala Editor