Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır 02.05.24
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

www.invest.smb.gov.az portalına investisiya gözləyən 100-dən çox biznes ideya və hazır layihə yerləşdirilib.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa çağırır.  

İnvestorlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən işlək biznes, hazır layihə və biznes ideyalarla KOBİA tərəfindən yaradılmış investisiya portalından (www.invest.smb.gov.az) tanış ola bilərlər. Hazırda portalda investisiya yatırılmasını gözləyən 100-dən çox biznes ideya və hazır layihə mövcuddur. Portalda yerləşdirilmiş layihələrin 58-nin Bakı şəhəri və Abşeron rayonu ərazisində, 43-nün isə regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihələr əsasən sənaye, təhsil, turizm, xidmət, qida, ticarət, nəqliyyat və logistika sahələrini əhatə edir. İnvestorlar maraqlı olduqları layihələrə borc və ya ortaqlıq şərtləri daxilində yatırım edə bilərlər.  

İnvestorlar bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edəcək, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərmiş olacaqlar.  

Eyni zamanda investorlar onları maraqlandıran sektorları qeyd etməklə öz investisiya təkliflərini portalda yerləşdirə və biznes layihələrin müəlliflərindən təkliflər ala bilərlər. 

Qeyd edək ki, www.invest.smb.gov.az portalı KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək ödənişsizdir.

Powered by Froala Editor