Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib 28.07.21
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailə səfər çərçivəsində müqəddəs Yerusəlim şəhərində İsrailin KOB sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə bir sıra görüşlər keçirib. 

İsrailin Kiçik və Orta Biznes Agentliyində və Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyində (MASHAV) təşkil olunmuş görüşlərdə KOB-ların bilik və bacarıqlarının, məlumatlıq səviyyəsinin artırılması istiqamətində KOBİA tərəfindən həyata keçirilən tədbirlər və KOB inkişaf mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib, bu sahədə İsrail təcrübəsinə və yerli KOB-ların MASHAV-ın təşkil etdiyi təlim proqramlarında iştirakına, eləcə də digər əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor