Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnsanların işini asanlaşdıracaq yeni startaplar Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçiriləcək KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN
KOBİA Müşahidə Şurasının ilk iclası keçirilib 24.12.18
KOBİA Müşahidə Şurasının ilk iclası keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinə əsasən, KOBİA-nın idarəetmə orqanları - Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri İqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Şuranın üzvləridir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
İclası açan Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinın yaradılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin müasir dövrün qlobal çağırışlarının nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl islahatlar aparılır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması, lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, “Lisenziyalar və icazələr” portalının yaradılması, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi, vergi və gömrük sahəsində islahatların aparılması, ixrac missiyalarının təşkili və digər tədbirlər sahibkarlığın davamlı inkişafının təmin olunmasında və özəl sektorun iqtisadiyyatda rolunun artmasında mühüm önəm kəsb edir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84%-ə yaxın, məşğulluqda isə 76% təşkil edir. Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib.
Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir. Bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanına əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb.
Sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ötən müddət ərzində gördüyü işlər barədə hesabat verib. Məlumat verilib ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. Masallı, Siyəzən, Xaçmaz və Şabranda 4 “KOB Dostu” fəaliyyətə başlayıb, ilin sonunadək Gəncə, Yevlax, Quba və Qusarda da “KOB Dostu” sahibkarlara xidmət göstərəcək. Hazırda ilk “KOB evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, “KOB evləri”ndə sahibkarlara 34 dövlət təşkilatının 110-a yaxın xidməti təqdim ediləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlər göstərəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlər davam etdirilir. Sahibkarların müraciətlərinə baxılması və onların çevik həlli ilə bağlı on-line platforma olan “Sahibkarlara Dəstək Sistemi” yaradılıb və “Bakutel 2018” Sərgisində təqdim olunub. Bir sıra ölkələrin analoji qurumları ilə təcrübə mübadiləsi aparılıb, dövlət orqanları, ali təhsil müəssisələri, yerli və xarici təşkilatlarla əməkdaşlığa dair memorandumlar imzalanıb, Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması üçün QHT-lər və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şura, gənclərin işgüzar inkişafına dəstək göstərilməsi və məşğulluğunun təmin olunması üçün Könüllülər Şurası yaradılıb. Orxan Məmmədov həmçinin, Agentliyin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov və Aparat rəhbəri Şamil Süleymanlı görülən işlər və həyata keçiriləcək tədbirlər barədə təqdimatlarla çıxış ediblər.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
İclasda müzakirələr aparılıb, Agentliyin fəaliyyətinin qısa, orta və uzunmüddətli prioritetləri, monitorinqi və qiymətləndirilməsi Qaydaları təsdiq edilib.
Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Şahin Mustafayev iclasa yekun vuraraq Agentliyin işinin daha da gücləndirilməsi və görüləcək tədbirlər barədə tapşırıqlar verib.

Powered by Froala Editor