Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir 28.11.19
KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

“Ernst&Young" Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsini elan edir. Bu gündən etibarən müsabiqəyə müraciətlərin qəbuluna başlanılır. EY Azərbaycan tərəfindən təsis edilmiş “EY ilin iş adamı” proqramı dünyada ən nüfuzlu biznes mükafatlarındandır.

2019-2020-ci illər üzrə “EY ilin iş adamı” proqramı çərçivəsində EY Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq edir.

Bu il “EY ilin iş adamı” proqramının diqqət mərkəzində kiçik və orta sahibkarlar dayanır. Azərbaycanın bütün sektorlarından olan kiçik və orta müəssisələr 19 yanvar 2020-ci il tarixinə qədər müsabiqədə iştirak üçün müraciət edə bilərlər. 2019-2020 proqramının finalçıları və milli müsabiqənin qalibi 11 mart 2020-ci il tarixində elan ediləcəkdir.

Dünyanın 60-dan çox ölkəsində həyata keçirilən “EY ilin iş adamı” proqramı sahibkarlıq fəaliyyətini təşviq edir, uğurlu iş adamlarının liderlik xüsusiyyətləri və nailiyyətlərini potensial sahibkarlarla bölüşməsinə vasitəçi olur. Müsabiqəyə bütün sahələrdə Azərbaycanın istənilən regionundan olan sahibkarlar qoşula bilər. Namizədliyini irəli sürəcək şəxslər müsabiqə barədə ətraflı məlumatı bu linkdən əldə edə bilər - https://www.ey.com/az/eoy

Finalçılar və qaliblər nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.

“EY ilin iş adamı” müsabiqəsi BP və Azərbaycan Beynəlxalq Bankı tərəfindən dəstəklənir.

Powered by Froala Editor