Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər 01.06.26
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

Sərgi KOB-lar üçün neft-qaz sektorunda yeni əməkdaşlıq və təchizat imkanları yaradır. 

Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) öz işinə başlayıb. 

Neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgidə yerli KOB-lar da təmsil olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-lara dəstək məqsədilə qurduğu xüsusi stenddə alternativ və bərpa olunan enerji, aqrar texnologiyalar, sənaye, İKT, avtomatlaşdırma sistemləri, ekologiya və ətraf mühit xidmətləri sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənir.

KOB-ların sərgidə iştirakına göstərilən dəstək onların neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, eləcə də satış və bazarlara çıxış imkanlarının artırılmasına xidmət edir. “Caspian Oil & Gas” sərgisində iştirak etməklə KOB subyektləri neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr quracaq, məhsul və xidmətlərini yerli və xarici şirkətlərə təqdim edəcək, potensial təchizatçı kimi fəaliyyət imkanlarını genişləndirəcək, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə edəcəklər. 

“Caspian Oil & Gas” sərgisi iyunun 3-dək davam edəcəkdir.

Powered by Froala Editor