Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOBİA-nın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb 03.02.23
KOBİA-nın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən olan Hüseyn Mahmudov ilə görüşüb. 


Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibini təbrik edən Orxan Məmmədov, gələcək fəaliyyətində ona uğurlar arzulayıb, mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olduğunu, onların mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini, proqram çərçivəsində qazandıqları təcrübənin çalışacaqları sahələrdə işin səmərəli təşkilində əhəmiyyətli olacağını vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və potensialını üzə çıxarmasına kömək edəcəyini bildirib. 


2021-ci ildə layihənin idarəçi rəhbərlərindən biri olaraq 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə də Mentorluq proqramında iştirak etdiyini xatırladan O.Məmmədov ötən müddət ərzində müsabiqə qalibi ilə effektiv idarəçilik, böhran menecmenti və digər istiqamətlərdə əməkdaşlıq edildiyini, onun müxtəlif görüş və tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə də səmərəli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib. 


Görüşdə müsabiqə qalibi Hüseyn Mahmudov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində yeni bacarıqlara yiyələnmək istədiyini, KOBİA-nın İdarə Heyətinin sədrinin təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib. 


Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı  və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Powered by Froala Editor