Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA-nın tərəfdaş olduğu “Şərq Tərəfdaşlığı Ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” Proqramının təqdimatı keçirilib 11.10.23
KOBİA-nın tərəfdaş olduğu “Şərq Tərəfdaşlığı Ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” Proqramının təqdimatı keçirilib

2023-2026-cı illərdə KOB-ların rəqəmsallaşmasına dəstək üçün proqram həyata keçiriləcək.

“Şərq Tərəfdaşlığı Ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” Proqramının təqdimatı keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

İqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli, Almaniyanın Azərbaycandakı Səfirliyində missiya rəhbərinin müavini Heiko Şvarts, GİZ-in nümayəndələri Tilman Nagel və Sandra Şenke Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsal transformasiyası siyasəti, KOB-ların inkişafında rəqəmsallaşmanın önəmi, müvafiq sahədə ən yaxşı təcrübə, bu sahədə əməkdaşlıq barədə fikirlərini bölüşbülər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin biznesin rəqəmsallaşmasına, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verdiyini, Avropanın müvafiq dəstək alətlərinin də yerli KOB-ların inkişafına töhfə verə biləcəyini qeyd edib. Bildirilib ki, biznesdə rəqəmsallaşma KOB-ların daha çevik qərarlar qəbul etməklə böyüməsinə, yeni məhsul və xidmətlər təqdim etməsinə, müştəri məmnuniyyətini artırmağa, əməliyyat xərclərini azaltmağa, işçi qüvvəsini genişləndirmədən yüksək məhsuldarlıq əldə etməsinə imkanı verir. KOBİA tərəfindən KOB-lara verilən “Startap” şəhadətnaməsi, qrant dəstəyi, eləcə də Startap İnkişaf Mərkəzinin fəaliyyəti KOB-ların rəqəmsallaşmasına dəstək olur.

Proqramın direktoru Niklas Ruffer layihəyə dair təqdimatında qeyd edib ki, 2023-2026-cı illəri əhatə edən proqramın məqsədi rəqəmsal transformasiya nəzərə alınmalqa kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin gücləndirilməsinə dəstək göstərməkdir. Məlumat verilib ki, proqramın benefisiarları kiçik və orta biznes subyektləridir. Layihə çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyası üçün zəruri olan ilkin şərtlərin institusional və struktur səviyyələrdə yaradılması, statistik bazanın gücləndirilməsi, xidmət sahələrinin təkmilləşdirilməsi məqsədilə rəqəmsal və sahibkarlıq ekosistemlərindəki iştirakçılar arasında əməkdaşlığın gücləndirilməsi, biznes və istehsal sahəsində rəqəmsal həllərin tətbiqi imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilən proqramın icraçısı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GIZ). Layihə Azərbaycan və digər Şərq Tərəfdaşlığı Ölkələrində icra ediləcəkdir. KOBİA Azərbaycan üzrə proqramın əsas tərəfdaşlarındandır. 

Sonra proqramın tərəfdaşı olan qurumların – KOBİA-nın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin nümayəndələri KOB-ların rəqəmsallaşdırılması üzrə proqram çərçivəsində birgə icra ediləcək layihələrə dair təqdimatlar ediblər.

Powered by Froala Editor