Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA-nın tərəfdaşlığı ilə təhsil sərgi-yarmarkası keçirilir 30.09.22
KOBİA-nın tərəfdaşlığı ilə təhsil sərgi-yarmarkası keçirilir

Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Absheron Marriott” otelində təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçirilir.

 

“Gələcəyini inşa et!” devizi ilə təşkil olunmuş sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır. 50-yə yaxın şirkətin iştirak etdiyi sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.

 

Sentyabrın 30-da öz işinə başlamış sərginin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, səfirlər, rektorlar və digər rəsmi şəxslər çıxış ediblər.

     

Sərgi oktyabrın 2-dək davam edəcəkdir.

 

Qeyd edək ki, Anadolu Universiteti, “MiniBoss Business School” Beynəlxalq Təshil Şəbəkəsi, Beynəlxalq Təhsil Mərkəzi, “İndigo” Print House, Gədəbəy Mineral Sularının “Slavyanka” su brendi və “Hədəf” şirkətlər qrupu sərginin sponsorlarıdır.

Powered by Froala Editor