Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?
KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib 08.07.25
KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib

Neftçalada biznes imkanları və bu potensialın reallaşdırılması üçün dövlət dəstəyi müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Neftçala rayonunda keçirilib. Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, sənaye, balıqçılıq, pambıqçılıq sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Neftçala təbii resursları, sənaye potensialı və kənd təsərrüfatı imkanları ilə istehsal, emal və ixraca yönəlik fəaliyyət üçün əlverişli imkanlar təklif edən rayondur. Burada müxtəlif güzəştlər təklif edən Neftçala Sənaye Məhəlləsinin imkanlarından istifadə etməklə istehsalın qurulması, müasir texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığa nail olmaq, balıqçılıq və dəniz məhsulları üzrə yerli brendlər yaradaraq ixracyönlü fəaliyyət üçün imkanlar genişdir. Neftçalada kənd təsərrüfatı məhsullarının yerində emalı əlavə dəyər yaratmaq üçün geniş potensiala malikdir. Diqqətə çatdırılıb ki, dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlı olmaqla sahibkarlar rayondakı biznes imkanlarını daha sürətli və səmərəli reallaşdıra bilərlər. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər. 

Tədbir çərçivəsində sahibkarların torpaq təyinatının dəyişdirilməsi, balıqçılıq təsərrüfatının genişləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb. 

Həmçinin, KOBİA nümayəndələri Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "AzProduct" MMC-nin balıq emalı və “KƏHF” MMC-nin balıq yemi istehsalı müəssisələrində olub, istehsal prosesi və gələcək planları ilə bağlı sahibkarlarla fikir mübadiləsi aparıblar. 

Powered by Froala Editor