Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
KOBİA nümayəndə heyəti İzmirdə səfərdə olub 18.04.24
KOBİA nümayəndə heyəti İzmirdə səfərdə olub

Səfər çərçivəsində keçirilən görüş və tədbirlərdə iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyənin İzmir şəhərində işgüzar səfərdə olub. 

Səfər çərçivəsində KOBİA nümayəndələri İzmir şəhərində keçirilən "İş dünyası-100 İlin Zirvəsi" biznes forum-sərgidə iştirak ediblər. KOBİA-nın və İzmir Ticarət Palatasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, satış imkanlarının artırılması, xidmət və məhsulların tanıtdırılması, eləcə də mövcud investisiya imkanlarının müzakirəsi məqsədilə təşkil olunub. Azərbaycan və Türkiyənin işgüzar dairələrini bir araya gətirən tədbirdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, perspektivlər, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsinə dair çıxışlar olunub, müzakirələr aparılıb. 

Tədbirin sərgi hissəsində kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub, B2B görüşlər keçirilib.

Həmçinin KOBİA nümayəndələri İzmir Ticarət Palatasının məclis sədri Selami Özpoyraz ilə görüşüb. Görüşdə işgüzar dairələrin iştirakı ilə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanları, bu sahədə hər iki qurumun birgə təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb.  

Səfər zamanı KOBİA nümayəndələri Türkiyədə fındıq istehsalı ilə məşğul olan azərbaycanlı iş adamına məxsus "Tural Group"un ofisində də olublar. 

Powered by Froala Editor