Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər 29.04.19
KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər

24-26 aprel tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib.

Tatarıstan Respublikası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələri arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparıldığı tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.

11-ci Beynəlxalq İqtisadiyyat Sammiti çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Malayziyanın sahibkarlığın inkişafı naziri Mohd Redzuan Yusof ilə görüşərək, təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıb.

KOBİA rəhbəri Tatarıstanın sahibkarlığın inkişafı üzrə model müəssisəsində iş prosesi ilə də tanış olub.

Powered by Froala Editor