Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA nümayəndələri daha bir müəssisənin fəaliyyəti ilə tanış olublar 27.05.23
KOBİA nümayəndələri daha bir müəssisənin fəaliyyəti ilə tanış olublar

KOBİA və “GemZA Group”un nümayəndələri istehsalın genişləndirilməsi, xidmət çeşidinin artırılması və ixracla bağlı fikir mübadiləsi aparıblar. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Bakının Sabunçu rayonunda yerləşən "GemZA Group”da olub. 

Məlumat verilib ki, şirkət mühəndislik, təchizat, inşaat, neft və qeyri-neft sektoru üçün avadanlıqların istehsalı və tədarükü sahələrində fəaliyyət göstərir. “GemZA Group” sənaye məhsulları üzrə bir sıra dünya brendlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkətdə 70-dən çox işçi çalışır. Müəssisənin texniki biliklərin öyrədilməsi üzrə akademiyası da fəaliyyət göstərir.

Müəssisə ilə tanışlıq çərçivəsində “GemZA Group”un rəhbərliyi ilə istehsalın genişləndirilməsi, xidmət çeşidinin artırılması və ixracla bağlı fikir mübadiləsi aparılıb, KOBİA-nın qeyd olunan istiqamətlərdə səlahiyyətləri çərçivəsində göstərə biləcəyi dəstək tədbirləri qeyd edilib. 

Powered by Froala Editor