Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub Böyük uğurlara iddialı yerli startaplar: onlar gündəlik həyatı asanlaşdırmağı hədəfləyir
KOBİA nümayəndələri Türkiyədə keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan Biznes Forumunda iştirak edib, görüşlər keçirib 30.01.25
KOBİA nümayəndələri Türkiyədə keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan Biznes Forumunda iştirak edib, görüşlər keçirib

KOBİA Türkiyə və Özbəkistan ilə birgə istehsalat və texnologiya transferi sahəsində əməkdaşlığın genişləndirilməsi təşəbbüslərinə dəstək göstərməyə hazırdır. 

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi əlaqələr, Türkiyə və Özbəkistanın sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq, biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə məlumat verib, Agentliyin birgə istehsalat və texnologiya transferi sahəsində əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini dəstəklədiyini qeyd edib. 

Səfər çərçivəsində KOBİA nümayəndələri Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) İdarə Heyətinin sədri Ahmet Serdar İbrahimcioğlu və Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandöken ilə görüşüblər. Görüşlərdə institusional əməkdaşlığın genişləndirilməsi, “yaşıl iqtisadiyyat”da KOB-ların rolu, birgə təşəbbüslərin və investisiya layihələrinin dəstəklənməsi, ticarət əlaqələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

Powered by Froala Editor