Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib 29.10.19
KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib





Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.

Kənd sakinləri Agentliyin Qusar “KOB Dostu”na müraciət edərək əkdikləri kələmi sata bilmədiklərini və bu sahədə onlara dəstək göstərilməsini istəyiblər. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə Düztahir və Gican kəndlərinin 7 fermer təsərrüfatında yetişdirilən 5 ton kələm “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən alınıb. Düztahir və Gican kəndlərinin digər fermerlərinə də kələmin satışında dəstək göstəriləcəkdir.

Qeyd edək ki, KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir.

Powered by Froala Editor