Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
KOBİA regionlar üzrə "KOB Dostu" vəzifəsinə işə qəbul elan edir 01.10.19
KOBİA regionlar üzrə "KOB Dostu" vəzifəsinə işə qəbul elan edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Tovuz, Şəmkir, Bərdə, Zaqatala, Kürdəmir, Salyan, Hacıqabul, Şirvan, Lənkəran və Masallı üzrə Kiçik və Orta Biznesin Dostu (“KOB Dostu”) vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- Fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- Təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- Təmsil etdiyi regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq və Agentliyə təqdim etmək;

- Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində sorğu və müşahidələr aparmaq;

- Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

- Ərazi üzrə zəruri dövri hesabatların və məlumatların hazırlanmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək;

- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək.

Namizədə tələblər:

- Ali təhsil tələbi: Bakalavriat səviyyəsi - iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu;

- Uyğun sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- İqtisadi təhlil, sorğuların keçirilmə metodları barədə məlumatlı olmalı.

Şərtlər:

- Tam iş günü, iş qrafiki I-V günlər.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (region adı)” yazaraq 30.10.2019-cu il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor