Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOBİA sədri Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini ilə görüşüb 14.04.23
KOBİA sədri Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini ilə görüşüb

KOBİA və Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini arasında keçirilmiş görüşdə gələcək əməkdaşlıq, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi və investisiyaların təşviqində KOB-ların rolu müzakirə edilib. 

Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Məhəmməd Əl-Hasnah və Səudiyyə Ərəbistanı - Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhil ilə görüşüb. 

Görüşdə gələcək əməkdaşlıq istiqamətlərinə, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsinə və qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların roluna dair fikir mübadiləsi aparılıb. 


Powered by Froala Editor