Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA startap yarışları ilə yerli layihələrin investorlar üçün cəlbediciliyini artırır 01.12.25
KOBİA startap yarışları ilə yerli layihələrin investorlar üçün cəlbediciliyini artırır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startap yarışlarının yerli layihələrin investorlar üçün cəlbediciliyinin artırılmasında əhəmiyyətli təcrübə yaratdığını açıqlayıb.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verilib.

Məlumatda bildirlib ki, startap yarışmaları investor marağının formalaşmasında mühüm rol oynayır və bu istiqamətdə artıq real təcrübə yaranıb:

"KOBİA ekosistemin digər iştirakçıları kimi yerli startapların xarici ölkələrdə keçirilən yarışlarda iştirakına dəstək göstərir. Agentlik artıq iki ildir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən ‘AIM Congress’in Beynəlxalq Startap Yarışmasının milli tərəfdaşıdır.”

Açıqlamada həmçinin yerli startap müsabiqələrinin də uğurlu nümunə olduğu vurğulanıb:

“KOBİA və ‘AccessBank’ın birgə təşkilatçılığı ilə bu il ikincisi keçirilən ‘Bizdən Biznesə’ müsabiqəsini də uğurlu nümunə hesab etmək olar. Müsabiqə çərçivəsində startaplar öz ideyalarını təqdim edərək həm maliyyə dəstəyi qazanmaq, həm də potensial investorlar və biznes nümayəndələri ilə əlaqə qurmaq imkanı əldə edirlər.”

Agentlik əlavə edib ki, bu tip təşəbbüslər startapların inkişafına birbaşa təsir göstərir:

“Bu müsabiqələr startapların kommersiya potensialının artırılmasına, biznes modellərinin təkmilləşdirilməsinə və bazar tələblərinə uyğunlaşdırılmasına şərait yaradır və bu tip təşəbbüslər startapları üzə çıxarmaqla yanaşı, investorlarda da yerli layihələrə inam və maraq yaradır.”

Beləliklə, KOBİA-nın dəstəyi və startap yarışlarının təşkili nəticəsində yerli startapların həm maliyyə imkanları, həm də bazar və investor əlaqələri güclənir, ekosistemdə davamlı inkişaf üçün şərait yaranır.

https://finss.az/biznes/340109/kobia-startap-yarislari-ile-yerli-layihelerin-investorlar-ucun-celbediciliyini-artirir-aiqlama/

Powered by Froala Editor