Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA startaplara verdiyi dövlət dəstəyinin effektivliyini AÇIQLAYIB 20.11.25
KOBİA startaplara verdiyi dövlət dəstəyinin effektivliyini AÇIQLAYIB

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startaplara göstərilən dövlət dəstəyinin effektivliyini açıqlayıb.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verilib.

Məlumata görə, KOBİA-nın startaplara göstərdiyi dövlət dəstəyinin effektivliyi əsasən verilən "Startap" şəhadətnamələrinin startapların fəaliyyətində göstərdiyi inkişaf göstəriciləri ilə ölçülür:

“Belə ki, 2021-ci ildən innovativ məhsul və xidmətlərin istehsalı məqsədilə startap layihələri üçün təqdim edilən ‘Startap’ şəhadətnaməsi almış sahibkarların ötən müddətdə dövriyyəsinin və işçi sayının artması müşahidə edilir. Bu, hazırda ölkəmizdə startap ekosisteminin vacib dəstək mexanizmlərindən olan ‘Startap’ şəhadətnaməsinin səmərəliliyini, eləcə də sahibkarların davamlı inkişafına, innovativ ideyaların reallaşmasına, ölkəmizdə yeni məhsul və xidmətlərin yaranmasına müsbət təsirini göstərir.”

Məlumat üçün qeyd edək ki, indiyədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verilib:

"Müvafiq sənədi almış startaplar əsasən FinTech, EdTech, HealthTech, AgriTech, GreenTech, rəqəmsal turizm, nəqliyyat-logistika həlləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. 43 startap regionlardan, 177-si isə Bakı şəhərindəndir. "Startap" şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır.”

KOBİA həmçinin innovativ layihələr üçün təqdim edilən maliyyə dəstəyinə diqqət çəkib:

“Həmçinin Agentlik tərəfindən innovativ layihələr üçün təqdim edilən 20 min manata qədər qrant dəstəyi də startap layihələrinin reallaşdırılmasına, onların inkişafına müsbət təsir göstərir. Bu dəstək nəticəsində yaradılan yeni məhsul və xidmətlər, eləcə də formalaşan əməkdaşlıqlar ekosistemdə innovativ aktivliyi artırır.”

Dəstəyin nəticələri barədə isə vurğulanıb ki, qrant alan startapların gəlirlərinin artması, yeni iş yerlərinin yaradılması və investisiya cəlbetmə qabiliyyəti də effektivliyin əsas göstəricilərindəndir:

"Həmçinin, startapların layihələrini genişləndirərək ixrac potensialı qazanması və ekosistemdə nümunəvi modelə çevrilməsi KOBİA-nın təmin etdiyi dövlət dəstəyinin real nəticəsini əks etdirir.”

https://fins.az/biznes/339906/kobia-startaplara-verdiyi-dvlet-desteyinin-effektivliyini-aiqlayib/

Powered by Froala Editor