Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA və Caspian European Club onlayn "B2G" Forum təşkil edib 23.04.20
KOBİA və Caspian European Club onlayn "B2G" Forum təşkil edib

Aprelin 22-də Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Caspian European Club" tərəfindən “Kiçik və orta sahibkarlığa dəstək” mövzusunda onlayn “B2G” forum keçirilib. İlk dəfə olaraq təşkil olunmuş onlayn forumda koronavirus (COVID-19) pandemiyası dövründə sahibkarların üzləşdikləri çətinliklər və onlara göstərilən dövlət dəstəyi müzakirə olunub.

Onlayn tədbirə dövlət və özəl şirkətlərin top-menecerləri, bir sıra beynəlxalq təşkilatların və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.

Forumda KOBİA sədrinin birinci müavini Natıq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlara göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.

"Caspian European Club"un sədri və baş icraçı direktoru Telman Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, koronavirus pandemiyası dövründə sahibkarlara maksimum dərəcədə dəstək verən hökumətin iqtisadi blokunun fəal mövqeyini vurğulayıb.

Qeyd edək ki, "Caspian European Club"un hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda təşkil etdiyi “B2G” forumları dövlət və özəl sektor arasında dialoq vasitəsi olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. “B2G” forumlar hər həftə onlayn rejimdə keçiriləcəkdir.

Powered by Froala Editor