Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasına üzv şirkətlər arasında görüş keçirilib 17.02.24
KOBİA və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasına üzv şirkətlər arasında görüş keçirilib

KOBİA və İCMA üzvləri arasında görüşdə biznes mühitinə, sahibkarlıq sahəsində yeniliklərə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sahibkarların fikir və təkliflərini dinləmək, ehtiyacları ilə maraqlanmaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə KOBİA mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir. 

Növbəti belə görüş “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinə (İCMA) üzv olan şirkətlərlə təşkil edilib.  

“Bakı KOB evi”ndə işgüzar səhər yeməyi formatında keçirilən görüşdə Agentliyin rəhbər heyəti və iş adamları arasında biznes mühitinə, sahibkarlıq sahəsində yeniliklərə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin sahibkarların təklifləri və çətinlikləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.  


Powered by Froala Editor