Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri arasında görüş keçirilib 02.09.21
KOBİA və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri arasında görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində İslam İnkişafı Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) rəhbər heyəti ilə görüş keçirib. 

Görüşdə ölkəmizdə kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində KOBİA-nın həyata keçirdiyi tədbirlər, strateji fəaliyyət gündəliyi və İCD ilə mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə yaradılması nəzərdə tutulan Kiçik və Orta Biznesin İnkişafı Fondunun fəaliyyətinin dəstəklənməsi, alternativ maliyyə alətləri, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin həyata keçirilməsində birgə təşəbbüslərin reallaşdırılması və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Powered by Froala Editor