Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb 24.04.26
KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb

"Azərbaycan və Braziliya arasında qadın sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq” mövzusundakı görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Braziliyanın Mikro və Kiçik Biznesə Dəstək Xidmətinin (SEBRAE) nümayəndələrinin və Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun iştirakı ilə onlayn görüş keçirilib.

"Azərbaycan və Braziliya arasında qadın sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq” mövzusuna həsr olunmuş görüşdə hər iki ölkənin qadın sahibkarları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Görüşdə KOBİA tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadınların biznes fəaliyyətinin dəstəklənməsi tədbirləri barədə məlumat verilib, mümkün əməkdaşlıq istiqamətləri üzrə təkliflər diqqətə çatdırılıb. Həmçinin qeyd edilib ki, Azərbaycanda qadın sahibkarların şəbəkələşməsi məqsədilə ixtisaslaşmış assosiasiyalar da fəaliyyət göstərir. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələri, eləcə də müxtəlif biznes sahələrini təmsil edən qadın sahibkarlar görüş zamanı fəaliyyətləri, yerli təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Eyni zamanda görüşdə tekstil, təhsil və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qadın sahibkarların təqdimatları dinlənilib.




Powered by Froala Editor