Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycan startapı sərhədləri aşır: “CLIMASEL” xarici investorların diqqət mərkəzində... Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə! Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində ödənişsiz olaraq məhsul və xidmətlərini nümayiş etdirmək istəyən istehsalçıların nəzərinə! Azərbaycan Qəhvə Çempionatı keçirilib
KOBİA “World Net Summit”də təmsil olunub 13.05.20
KOBİA “World Net Summit”də təmsil olunub

“World Net Summit” onlayn konfransı çərçivəsində “Government Address” tədbiri keçirilib.


Onlayn tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın Maliyyə naziri Vilius Sapko, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin başlıca fəaliyyət istiqamətlərindən birinin KOB-ların bilik və texnologiyalara çıxışının təmin edilməsi olduğunu bildirib, bu istiqamətdə KOBİA-nın təşəbbüs və dəstək mexanizmləri, o cümlədən KOB İnkişaf Mərkəzləri, yaradılmaqda olan e-KOB evi portalı, startap şəhadətnaməsi barədə məlumat verib. Orxan Məmmədov çıxışında pandemiyadan zərər çəkmiş KOB-lara göstərilən dövlətin maliyyə-iqtisadi dəstəyi barədə də danışıb.

Tədbir “Facebook" və "Youtube" sosial şəbəkələri üzərindən birbaşa yayımlanıb.

“World Net Summit” onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, BP-nin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir. Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.

Powered by Froala Editor