Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA yanında İctimai Şuranın iclası keçirilib 04.02.19
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və sahəvi assosiasiyaların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov 2018-ci ildə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də Agentliyin ötən müddət ərzində gördüyü işlər barədə məlumat verib. Vurğulanıb ki, ötən il kiçik və orta biznesin qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib, dövlət satınalmaları ilə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Bütün bunlar ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, KOB-ların fəaliyyətinin genişləndirilməsində əhəmiyyətlidir. Agentlik yanında İctimai Şuranın 2018-ci ilin noyabrında yaradıldığını xatırladan Orxan Məmmədov kiçik və orta biznesin inkişafı istiqamətində Agentlik tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərində Şuranın fəal iştirakının önəmini diqqətə çatdırıb.

Sonra Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digərləri çıxış edərək iclasın gündəliyində olan məsələlərə, İctimai Şuranın fəaliyətinə və şuranın Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, Agentlik yanında İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Powered by Froala Editor