Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə quşçuluq ilə bağlı ictimai müzakirə təşkil olunub 06.06.24
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə quşçuluq ilə bağlı ictimai müzakirə təşkil olunub

Tədbirdə quşçuluq sektorunun təmsilçilərinin çətinlikləri və inkişaf ehtiyacları müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Quşçuluq sənayesi - yerli istehsalın artırılması, idxal və ixrac əməliyyatlarının inkişafı istiqamətində sahibkarlara göstərilən dəstək mexanizmləri” mövzusunda ictimai müzakirə təşkil olunub.

“Bakı KOB evi”ndə keçirilən tədbirdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına üzv olan sahibkarlar, müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

Tədbirdə quşçuluq sektorunun mövcud vəziyyətinə, bu sahədə fəaliyyət göstərən sahibkarların çətinliklərinə və inkişaf ehtiyaclarına, perspektiv imkanlara dair fikir mübadiləsi aparılıb. İctimai müzakirədə sahibkarlar tərəfindən idxal-ixrac əməliyyatları, müasir quşçuluq təsərrüfatlarının yaradılmasına dəstək, yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və s. məsələlər qaldırılıb. Sahibkarların bir sıra müraciətləri araşdırılması üçün tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri tərəfindən qeydiyyata alınıb, dövlətin bu istiqamətdə dəstək alətləri barədə məlumat verilib, iş adamlarını maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib. 

Powered by Froala Editor