Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİM-lər tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara fərdi məsləhət xidmətləri göstərilir 20.02.21
KOBİM-lər tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara fərdi məsləhət xidmətləri göstərilir

Abşeron iqtisadi rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və mövcud biznesini bitkiçilik istiqamətində genişləndirmək istəyən sahibkar Süleyman Süleymanova Sumqayıt KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən fərdi məsləhət xidməti göstərilib. 


Mərkəzin eksperti tərəfindən bitkiçilik üçün nəzərdə tutulan əraziyə baxış keçirilib, həmin ərazinin su təminatı, torpağın strukturu müəyyən edilib. Bu ərazidə bitkiçiliyin hansı növü ilə məşğul olmağın daha səmərəli olacağı və digər zəruri məlumatlar KOB subyektinin diqqətinə çatdırılıb, sahibkarı maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırılıb.


Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişafı Mərkəzi tərəfindən ödənişsiz olaraq informasiya, məsləhət, təlim və digər xidmətlər göstəriləcəkdir. 

Powered by Froala Editor