Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib 06.04.24
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib

İşçi Qrupunun iclasında 2023-cü il üzrə Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və cari ildə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib. 

Onlayn formatda təşkil olunan iclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Şirkətinin və digər qurumların nümayəndələri iştirak ediblər. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev, “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planı çərçivəsində görülmüş işlərə və 2024-cü ildə nəzərdə tutulan tədbirlərə dair fikir və təkliflərini bölüşbülər. 

İclasda İşçi Qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

Powered by Froala Editor