Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib 27.08.26
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Sahibkarların qəbulu zamanı biznesin inkişafı və dövlət dəstək alətlərindən istifadə imkanları müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların müraciət və təkliflərinin dinlənilməsi, suallarının cavablandırılması məqsədilə növbəti onlayn qəbul keçirilib.

Qəbulda Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov sahibkarların qarşılaşdıqları məsələləri və təkliflərini dinləyib, müraciətlərində qaldırılan məsələlərin həlli yolları və dövlətin dəstək alətləri barədə məlumat verib. Qəbul zamanı Astara, Lənkəran, Lerik və Cəlilabad rayonlarından olan sahibkarların kənd qonaq evinin genişləndirilməsi, əkinçiliyin inkişafı, məişət avadanlıqlarının təmiri müəssisəsinin fəaliyyətinin yaxşılaşdırılması, güzəştli kreditlərin əldə edilməsi və digər məsələlərlə bağlı müraciətləri müzakirə olunub, sualları cavablandırılıb. 

Powered by Froala Editor