Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib 13.04.21
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ADA Universiteti ilə birlikdə görkəmli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən “Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirib.

 

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, konfransda görkəmli alimin elm sahəsindəki nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyanın tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələr barədə müzakirələr və çıxışlar olub.

Virtual formatda keçirilən konfransda dövlət, özəl, vətəndaş cəmiyyəti institutlarının və akademik dairələrin nümayəndələri iştirak ediblər. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Lütfi Zadə irsinin iqtisadiyyatın inkişaf etdirilməsində potensial imkanlarından, iqtisadi artımın Lütfi Zadə nəzəriyyələrinə uyğun inkişaf perspektivləri barədə çıxış edib.

 

Konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Müasir sənaye, dayanıqlı iqtisadiyyat və innovativ cəmiyyət quruculuğunda Lütfi Zadə irsinin rolu” barədə söhbət açıb, ölkədə KOB-ların inkişaf trendləri barədə məlumat verib. Həmçinin “Lütfi Zadə irsi və süni intellekt” assosiasiyasının prezidenti, professor Rafiq Əliyev Lütfi Zadənin Z ədədlər nəzəriyyəsinin təfsilatlı izahı, “İqtisadiyyatda qeyri-səlis modellər” kitabının müəllifi, iqtisad elmləri doktoru Qorxmaz İmanov isə çıxışında dahi alimin qeyri-səlis iqtisadiyyatın inkişaf etdirilməsindəki rolundan bəhs edib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər, ADA Universitetinin IT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Elm ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Lütfi Zadənin elm, elektronika və İKT sahəsindəki rolu barədə danışıblar.

 

Qeyd edək ki, Lütfi Zadə elm və texnologiyanın inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən ölkənin ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb. Həmçinin dövlətimizin başçısının Sərəncamı ilə görkəmli elm xadimi Lütfi Zadənin 100-cü ildönümünün qeyd edilməsi haqqında tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

 

Tarixi şəxsiyyətlərdən olan dünya şöhrətli alim Lütfi Zadə öz nəzəriyyələri ilə elm tarixində mühüm dəyişikliklərə yol açıb. Hər daim azərbaycanlı olduğunu fəxrlə bildirən alim öz nəzəriyyələri ilə elm sahələrinə yeni yanaşmalar gətirərək elmin müasir mərhələdə inkişaf etdirilməsinə töhfə verib. Dünya miqyasında yazılarına ən çox istinad edilən alimlərdən biri olan Lütfi Zadə bir çox elmi məktəblər və laboratoriyaların qurulmasına səbəb olub. Azərbaycanın və dünyanın görkəmli alimlərindən biri olan Lütfi Zadə həyatını elmin inkişafına həsr edərək dünya elminə bir neçə fundamental elmi nəzəriyyə təklif edib. Bu nəzəriyyələrin içində əsas və geniş yayılmış nəzəriyyə qeyri-səlis məntiq nəzəriyyəsi olub. Həmçinin Lütfi Zadənin “Sistemlər nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Təəssüratlar nəzəriyyəsi” kimi elmi işləri dünya elminin inkişaf etdirilməsində əvəzedilməz rol oynayıb.

 

https://azertag.az/xeber/1753417

Powered by Froala Editor